Aktiv “Facebook” istifadəçilərinin sayı artmaqda davam edir
“Facebook” sosial şəbəkəsinin istifadəçi sayı və əsas maliyyə göstəriciləri artıb. Bu barədə şirkətin cari ilin üçüncü rübü üçün maliyyə hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, il ərzində aktiv “Facebook” istifadəçilərinin aylıq auditoriyasının sayında 16 faiz artım qeydə alınıb. Bu isə o deməkdir ki, dünyada 2,07 milyarda yaxın insan sosial şəbəkədən istifadə edir. İllik hesablamada aktiv istifadəçilərin sayı da 16 faiz artaraq 1,37 milyard istifadəçiyə çatıb.
Məlumata görə, cari ilin üçüncü rübündə sosial şəbəkənin mədaxili 10,3 milyard dollar təşkil edib. Bu, gəlirin 7 milyarda bərabər olduğu ötən ilin göstəricisini təxminən 1,5 dəfə üstələyib.
Əvvəllər olduğu kimi, ən çox mədaxili rüblük ümumi gəlirin 98 faizini (10,1 milyard dollar) təşkil edən reklam gətirib.
Ötən rübdə “Facebook” il ərzində 79 faiz - 2,6 milyard dollardan 4,7 milyard dollaradək artan xalis mənfəət əldə edib. Mənfəətin bir qiymətli kağıza nisbəti isə 0,90 dollardan 1,59 dollaradək artıb.
Nizam Nuriyev