Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabita-Baku” klublararası dünya çempionatının finalında


Qətərin paytaxtı Dohada voleybolçu qadınlar arasında klublararası dünya çempionatı davam edir. Dünən Azərbaycan çempionu Bakının “Rabitə” komandası yarımfinal oyununu keçirib. Dominikanın “Mirador” komandası ilə qarşılaşan voleybolçularımız rəqibini 3:0 (25:15, 25:15, 25:8) hesabı ilə məğlub edərək çempionatın finalına yüksəliblər. Oktyabrın 14-də keçiriləcək finalda “Rabitə” Türkiyənin “Vakıfbank” komandası ilə qarşılaşacaq.




14/10/11    Çap et