Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Epson” virtual kvadrakopter təqdim edib


Yaponiyanın “Epson” şirkəti pilotsuz uçan aparatların idarəetməsində bacarığı artırmağa imkan verən virtual simulyator nümayiş etdirib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə “DJI’s Mavic Pro” virtual kvadrakopterini idarə etməyə imkan verən “ağıllı” eynəkdən ibarətdir.

Məlumata görə, virtual uçan aparatın hərəkəti prototip modelin real parametrləri ilə tam uyğunluq təşkil edir.  
Proqram həm sərbəst uçuş rejimi, həm də müxtəlif mürəkkəb tapşırıqların yerinə yetirilməsinə yönələn mini-oyunlar təklif edir.

Nizam Nuriyev
 
 






07/11/17    Çap et