Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA” asteroidlərlə mübarizə aparacaq


ABŞ Kosmik Agentliyində (NASA) vəzifəsi kosmik məkanın monitorinqi və xüsusi təhlükəli göy cisimlərinin müşahidəsi olacaq beynəlxalq tədqiqat qrupu yaradılıb. İlk formal təlimlər artıq keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, asteroidlərin Avropa Cənub Rəsədxanasının (ESO) böyük teleskopu vasitəsilə aşkarlanması üzrə ilk təlimlər iyunda keçirilərək uğurla başa çatıb. Belə ki, astronomlar tərəfindən “2012 TC4” asteroidi aşkarlanaraq onun Yer kürəsi yaxınlığında hərəkət trayektoriyası hesablanıb.

Məlumata görə, bir neçə ay ərzində ABŞ, Kanada, Kolumbiya, Almaniya, İsrail, İtaliya, Yaponiya, Niderland, Rusiya və Cənubi Afrika astronomları asteroidi izləyərək onun strukturunu, trayektoriya xüsusiyyətlərini və digər parametrləri tədqiq ediblər.

Rusiya Elmlər Akademiyası nəzdində Astronomiya İnstitutunun elmi rəhbəri Boris Şustovun sözlərinə görə, belə müşahidələr yaxın gələcəkdə beynəlxalq tədqiqat qrupları üçün adi praktikaya çevrilə bilər.

Nizam Nuriyev 





07/11/17    Çap et