Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur videoxidmətin satışı dayandırıldı


Məşhur “Hulu” videoxidmətinin sahibləri – “News Corporation”, “Providence Equity Partners” və “Walt Disney” şirkəti “Hulu” rəhbərləri ilə birgə bəyanat dərc ediblər. Bəyanatda bildirilib ki, onlar saytın satış prosesini dayandırmağa qərar veriblər.

“Hulu” videoxidmətinin satışı haqqında ilk informasiya cari ilin iyun ayında çıxıb. Alıcılar arasında “Yahoo”, “Google”, “Amazon” və internet bazarın digər nəhəngləri də olub.




14/10/11    Çap et