Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 4S” satışa çıxarılıb


“iPhone 4S” smartfonu Avstraliyada yerli vaxt üzrə saat 8:00-da satışa çıxarılıb,- “Reuters” xəbər verib. Oktyabr ayının 14-dən sonra “iPhone 4S” smartfonu ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və bir sıra başqa ölkələrdə satılmağa başlanacaq.

Ayın sonuna kimi satışların ərazisi Avropanın çox hissəsi daxil olmaqla daha 20 ölkəyə kimi genişlənəcək.

“iPhone 4S” smartfonu əvvəlki modellərdən güclü prosessoru, yenilənmiş kamerası, "Siri" səsli idarəetmə funksiyasının mövcudluğu və 64 qiqabayt daxili yaddaşının olması ilə fərqlənir.

“iPhone 4S” smartfonu oktyabr ayının 4-də elan edilib. Telefonun qiyməti ABŞ-da müqavilə ilə 199 dollardan başlanır.




14/10/11    Çap et