Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti musiqi mağazası istifadəyə verməyi planlaşdırır


“Bloomberg” nəşrinin məlumatına əsasən, “Google” şirkəti səsyazma şirkətləri ilə razılıq əldə etməyə çalışır.

Belə ki, şirkət cari ayın sonunda onlayn musiqi xidməti istifadəyə verməyi planlaşdırır. Hal-hazırda rekord-leybllar ilə danışıqlar qapalı rejimdə aparılır, buna görə heç bir tərəf işin gedişini müzakirə etmir.

Razılaşma “Google” şirkətinə rəqəmsal əyləncə bazarına çıxmaq imkanı yaradacaq. Məlumat üçün qeyd edək ki, cari ilin may ayında şirkət “Android” əməliyyat sisteminə musiqinin saxlanılması və videoyazıların icarə dəstəyini əlavə edib.

“Google Music Beta” xidməti may ayının 10-da elan edilib, hərçənd ki xidmət o vaxtdan rekord-leybllar ilə lisenziya razılaşması olmadan işləyir. Xidmət istifadəçilərə mahnıları və pley-listləri saxlamağa imkan yaradır.

“Google”, həmçinin istifadəçilərə “Android Market” (hər yerdə işləmir) vasitəsilə filmlərin icarəsi xidmətini təklif edir. Yeni razılaşmalar isə “Google” şirkətinə öz gəlir mənbələrini əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.




14/10/11    Çap et