Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone X” ekranı ilə bağlı problemləri etiraf edib


“Apple” korporasiyası “iPhone X” qurğusunda sensor ekranla bağlı problem olduğunu etiraf edib. Belə ki, smartfon soyuq havada toxunuşlara reaksiya vermir. Şirkət tezliklə bu çatışmazlığı aradan qaldırmağı planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti bu vəziyyəti yalnız “Reddit” istifadəçisinin şikayətindən sonra şərh edib. Digər “iPhone X” sahibləri də bu istifadəçini dəstəkləyiblər.
 
"Biz havanın kəskin soyuqlaşmasından sonra “iPhone X” qurğusunda ekranın toxunuşlara reaksiya verməməsindən xəbərdarıq. Bir neçə saniyə sonra ekran yenidən toxunuşlara reaksiya verir. Bu problemin həlli smartfonun növbəti yeniləmələrində əsas məsələlərdən biri olacaq" –  şirkətin nümayəndəsi deyib.
 
ABŞ şirkəti noyabrın əvvəlində “iPhone X” qurğusunda ekranın alışa bilməsi ilə bağlı xəbərdarlıq edib. Uzun müddət ekranda yüksək kontrastlı parlaq şəkil açıq olduqda belə effekt yaranır.
 
Emil Hüseynov





13/11/17    Çap et