Həkim lisenziyası əldə etmiş süni intellekt proqramı təqdim olunub
Çinin "iFlyTek" şirkəti öz süni intellekt proqramı üzərində 4 il müddətində işləyib. Nəticədə süni intellekt proqramı yerli tibbi ali məktəbə qəbul imtahanlarına hazırlaşıb və bütün testləri uğurla verib. İmtahanın nəticələrinə görə süni intellekt proqramına həkim lisenziyası verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
hi-news.ru" saytına istinadən yazır ki, "hazırladığımız sistem lazımi imtahanları vermiş dünyada ilk süni intellekt proqramıdır" – "iFlyTek" şirkətinin direktorlar şurasının üzvlərindən biri deyib.
Həkim lisenziyası almaq üçün imtahanda 360 bal toplamaq lazım olduğu halda, "iFlyTek" şirkətinin "Smart Doctor Assistant" adlı süni intellekt proqramı 456 bal toplayıb. İstehsalçılar bildiriblər ki, onların proqramı həm tibb, həm də başqa sahələrdə (məsələn, hüquq elmində) daha mürəkkəb məsələləri öyrənmək qabiliyyətinə malikdir.
Emil Hüseynov