Noyabrın birinci yarısı üzrə ən yaxşı smartfonların reytinqi dərc edilib
“Gsmarena” saytında noyabrın birinci yarısı üzrə dünyada 10 ən populyar smartfonun reytinqi yerləşdirilib. Çin şirkətinin “Oppo F5” smartfonu sözügedən reytinqdə birinci yeri tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “
dni24.com” saytına istinadən yazır ki, məlumdur ki, reytinqin tərtibi zamanı mütəxəssislər bu və ya digər cihazla bağlı populyar axtarış sistemlərində sorğuların sayını əsas götürüblər. Statistikanın araşdırılması zamanı məlum olub ki, Çin şirkətinin “Oppo F5” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. İkinci yerdə “iPhone X” smartfonu yerləşib. Kifayət qədər yaxşı ön kameraya malik “Xiomi Redmi Y1” smartfonu üçüncü yeri tutub.
“Samsung Galaxy J7” və “Xiaomi Mi A1” smartfonları ilk beşlikdə yer alıblar. Hər iki qurğu əlçatan qiymətə və yaxşı keyfiyyətə malikdir. Sonrakı iki yeri Cənubi Koreyanın “Samsung” şirkətinin “Galaxy Note” və “Galaxy S8” smartfonları tutublar. Əfsanəvi “Motorola” şirkəti tərəfindən hazırlanmış “Moto X4” smartfonu reytinqin sonuncu pilləsində qərarlaşıb.
Emil Hüseynov