Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti ilk avtonom virtual reallıq şlemini təqdim edib


“HTC” şirkəti ilk avtonom virtual reallıq şlemini nümayiş etdirib. Pekində keçirilən “Vive Developers Conference” konfransında təqdim edilmiş “Vive Focus” modeli smartfon, kompüter və ya başqa qurğularla sinxronlaşdırma olmadan işləyə bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Vive Focus” virtual reallıq şlemi irəli, geri, sola, sağa, yuxarı və aşağı istiqamətdə hərəkət edən istifadəçinin hərəkətlərini özü qeydə alır.
Yeni model “AMOLED” ekran, “Qualcomm Snapdragon 835 VR” prosessoru və “Vive Wave Open Platform” açıq platforması ilə təchiz edilib. Yeni qurğunun başqa texniki detalları məlum deyil.

Hazırda “HTC Vive Focus” şleminin satışa çıxarılma müddəti haqda informasiya yoxdur. Yalnız o məlumdur ki, bu virtual reallıq şlemi Çində satış üçün nəzərdə tutulub.

Emil Hüseynov





15/11/17    Çap et