Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib
“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz dizayna malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, alüminium korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Smartfon “Full HD+” (2160x1080 piksel təsvir ölçülü) formatlı 6,01 düymlük “Optic AMOLED” displey, 20+16 meqapiksellik ikiqat əsas kamera, “Sony IMX371” əsasında 16 meqapiksellik ön kamera, “Qualcomm Snapdragon 835” prosessoru, 6 və ya 8 QB-lıq əməli yaddaş, 64 və ya 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.
Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 156,1x75x7,3 mm, çəkisi 162 qram təşkil edir. Aparat “Android 7.1.1 Nougat” mobil əməliyyat sistemi ilə işləyir. 2 ədəd SİM kart dəstəklənir, “LTE”, “Wi-Fi” (802.11 a/b/g/n/ac), “Bluetooth 5.0”, “GPS” və “QLONASS”, “NFC”, “USB 2.0 Type-C” və 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.
Smartfon noyabrın 21-dən etibarən ABŞ-da 64 QB-lıq versiya üçün 500 dollara əlçatan olacaq. Həmçinin Hindistan, Avropa, Kanada, Çin və Honkonqda satışa çıxarılacaq.
Emil Hüseynov