Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər smartfon asılılığı təhlükəsini dərk etməyə başlayıblar


İnsanlar smartfonlardan həddən istifadə nəticəsində həyəcanlılıq, depressiya, yuxu problemi ilə üzləşə bilərlər. Bu yaxınlarda ABŞ-da keçirilmiş araşdırmaya görə, əvvəllər smartfon asılılığı və onun nəticələrindən xəbərsiz olan istifadəçilər indi vəziyyətin ciddiliyini dərk etməyə başlayırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Deloitte” şirkəti tərəfindən keçirilmiş “Global Mobile Consumer Survey” adlı araşdırma nəticəsində məlum olub ki, rəyi soruşulanların 45%-i mobil telefonlardan istifadə tezliyi və davametmə müddətini məhdudlaşdırmaq üçün şüurlu şəkildə səy göstərirlər. Adətən bunun üçün ya aparatdan uzaq durur, ya bildirişləri, ya da ki səs siqnallarını deaktiv edirlər. Maraqlıdır ki, səsli zənglər itirilmiş mövqeyini geri qaytarmağa başlayıb: 2017-ci ildə səsli zənglərdən istifadə 9% artıb. Bununla belə, respondentlərin 14%-i həftə ərzində 1-dən az zəng edirlər.

Emil Hüseynov





18/11/17    Çap et