İnternetin yaradıcısı internetdəki reklam manipulyasiyalarından narahatdır
“URI”, “URL”, “HTTP”, “HTML” və “Ümumdünya Hörümçək Toru”nun ixtiraçısı cənab Timoti Con Berners-Li hesab edir ki, internet onun düşündüyü istiqamətdə inkişaf etmir. Alim internetdə tez-tez saxta xəbərlər peyda olmasından və internetin köməyi ilə təbliğat aparılmasından narahatdır. “The Guardian” nəşrinin jurnalistləri ilə müsahibəsində cənab Tim deyib ki, indi “Ümumdünya Hörümçək Toru” manipulyasiya alətinə çevrilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, onun fikrincə, müasir internetdəki problemlərin bəziləri “Google” və “Facebook” kimi böyük rəqəmli platformaların reklam sistemləri sayəsində meydana çıxıb.
Cənab Tim Berners-Li hesab edir ki, interneti faydalı alətə çevirmək üçün hələ ki gec deyil.
Emil Hüseynov