Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Genişzolaqlı qoşulmaların sayı iki dəfə artıb


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin telekommunikasiya şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı 70 minə çatır. Bu barədə İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib.

M.Məmmədovun sözlərinə görə, qoşulmaların ümumi həcmindən 20 min ədədi "AztelekomNet" dövlət internet-servis-provayderinin payına düşür. "İlin əvvəlindən "Aztelekom" İstehsalat Birliyinin şəbəkəsinə qoşulmaların sayı təxminən iki dəfə artıb.

Biz özəl internet-servis-provayderlərin biznesinin paytaxtın hüdudlarından kənarda inkişafı üçün bütün lazım olan şəraiti yaradırıq. Bu məsələdə başlıca aspekt İnternet xidmətləri tədarükçüsünün son istifadəçiyə geniş seçim təqdin etməsidir", - o deyib.

M.Məmmədovun fikrincə, genişzolaqlı internetin paytaxtın hüdudlarından kənarda inkişafı əhəmiyyətli investisiyalar tələb edir.

Bakıda qoyulan investisiyalar 3-5 il ərzində öz yerini doldura bilər, regionlarda isə bu müddət daha çox ola bilər. Ona görə də dövlət operatoru bu məsələdə daha uzunmüddətli perspektivə istiqamətlənir, bunun üçün kommersiya provayderləri tapa bilmir.

İlin sonunadək "Aztelekom" əlavə 30 min istifadənin qoşulmasını planlaşdırır. Bu məqsədlər üçün lazımi avadanlıq artıq alınıb. Onun yaxın günlərdə tədarük olunacağı gözlənilir.

Bununla yanaşı, M.Məmmədovun sözlərinə görə, BMT-nin inkişaf proqramı çərçivəsində 2012-ci ilin birinci yarısına kimi genişzolaqlı portların sayı əlavə olaraq 60 min ədədə çatdırılacaq.

İşlər "Aztelekom"un hazırladığı 2011-2013-cü illərdə regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyası çərçivəsində aparılır.

Konsepsiya genişzolaqlı internetdən istifadə imkanlarının genişləndirilməsini və son istifadəçi üçün onun daha açıq edilməsini nəzərdə tutur.




14/10/11    Çap et