“5G NR” şəbəkəsinin ilk sınaqları keçirilib
“Qualcomm Technologies”, “ZTE” və “China Mobile” şirkətləri “3GPP R15” standartı əsasında dünyada ilk kompleks “5G New Radio” sistemini yaradıb və uğurlu sınağını keçirərək yaxın bir neçə ildə “4G LTE” şəbəkəsini əvəz edəcək beşinci nəsil mobil rabitə şəbəkələrində şəbəkə avadanlığının və informasiyanın ötürülmə işini nümayiş etdirməyə nail olublar. Şirkətlərin nümayəndələri qeyd edib ki, “5G NR IoDT” arabağlantı sisteminin uğurlu birləşmə uyğunluğu “3GPP” standartı ilə uyğunluq təşkil edən şəbəkələrin və qurğuların sürətli inkişafı üçün “5G NR” texnologiyalarının ilkin kommersiyalaşdırılması sahəsində vacib addımdır.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, sınaqlar “ZGE 5G NR” test kommersiya baza stansiyası və “Qualcomm Technologies 5G NR” sisteminin prototipindən istifadə olunmaqla “China Mobile 5G” innovasiya mərkəzində aparılıb. Sistem prototipi 3,5 QHs tezliyində işləyir və “3GPP R15” standartına uyğun 100 MHs buraxılış zolağını dəstəkləyir. “5G NR” texnologiyası məlumatların 4 milli-saniyə yubanma ilə 1 Qbit/saniyə sürətində ötürülməsi üçün nəzərdə tutulub.
“Qualcomm Technologies” şirkətinin vitse-prezidenti Kriştiano Amonun sözlərinə görə, dünyada ilk “5G NR” arabağlantısı ilə uyğunluğa nail olmaq bizim standartlaşdırılmış kommersiya şəbəkələrinin vaxtında işə salınmasına xidmət edən “5G” sahəsində lider olmağımızı sübut edir. “Qualcomm Technologies” Çində simsiz rabitə sənayesinin gələcək inkişafına çalışır. Biz “5G” şəbəkəsinin Çində təşəkkülünün sürətləndirilməsi üçün “ZTE” və “China Mobile” ilə əməkdaşlığa şadıq”, - o bildirib.
“ZTE” şirkəti “5G” şəbəkəsini dəstəkləyən kommersiya qurğu və həllərinin ilk tədarükçülərindən biri olmağa cəhd edir. Texnologiya və müvafiq avadanlığın testi zamanı şirkət sahə üzrə tərəfdaşlarla birlikdə çoxlu əsas funksiya, həll və şəbəkə modellərini aktiv yoxlayır. “China Mobile”, “Qualcomm Technologies” və “ZTE” tərəfindən yaradılan “5G NR” ilə dünyada ilk bağlantı bizim sadiq fəaliyyətimizi və daimi nəticələri nümayiş etdirir”, - “ZTE” şirkətinin baş texniki direktoru və icraçı vitse-prezidenti Syun Hueytszyun qeyd edib.
“China Mobile Communications Corporation” şirkətinin vitse-prezidenti Li Çjenmao əlavə edib ki, “China Mobile” sahə üzrə tərəfdaşlarla qlobal “5G” standartının inkişafına çalışır. “3GPP R15” standartına uyğun “5G NR” arabağlantısı sisteminin sınağına nail olmaq standartın istehsalı və ilkin kommersiyalaşdırılması üçün “5G” şəbəkəsinin inkişafında vacib mərhələdir. Onun sözlərinə görə, “China Mobile” şirkəti “5G” məhsullarının inkişafı və sənayeni uğura aparmaq üçün sahə üzrə digər liderlərlə, o cümlədən “Qualcomm Technologies” və “ZTE” ilə əməkdaşlığa çalışır.
Nizam Nuriyev