Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?
"Androidpolice" nəşri öz oxucuları arasında sorğu keçirib. Sorğunun məqsədi ən populyar brauzeri müəyyənləşdirmək olub. Sözügedən nəşr 5 brauzerdən birinə səs verməyi təklif edib: "Samsung Internet" (Browser), "Mozilla Firefox", "Opera Mini / Mobile", "Safari" və "Google Chrome".
"ICTnews" Elektron Xəbər Xidməti "
planet-today.ru" saytına istinadən yazır ki, rəyi soruşulanların 63%-i "Google Chrome" brauzerinin lehinə səs veriblər. "Samsung Internet" brauzeri səslərin sayına görə ikinci yeri tutub. 12% səs toplamış "Firefox" brauzeri ilk üçlükdə qərarlaşıb.
Qeyd edək ki, bütün veb brauzerlər funksionallığına görə bir-birini, demək olar ki, təkrarlayır. Ancaq bəzi fərdi xüsusiyyətlər brauzeri istifadəçilər üçün daha cəlbedici edir. İnterfeysin yüngüllüyü, həmçinin böyük əhəmiyyət kəsb edir.
Emil Hüseynov