“Linux” sistemi üçün yeni virus aşkarlanıb
“Doktor Veb” antivirus şirkəti “Linux” nüvəli əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərə hücum edən yeni virus aşkarlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, “Linux.BackDoor.Hook.1” adlı troyan bir sıra proqramlar tərəfindən sıxma və açma funksiyaları üçün istifadə olunan “libz” proqramında aşkar edilib. Zərərli proqram yalnız “SSH” protokolu ilə məlumat mübadiləsini təmin edən binar fayllarla işləyir.
Məlumata görə, digər oxşar proqramlardan fərqli olaraq “Linux.BackDoor.Hook.1” hazırkı açıq proqram interfeysi (socket) əvəzinə 1024 “socket”in birinci açığından istifadə edir, qalan 1023-nü isə bağlayır.
Bildirilir ki, virus faylları hakerlərin komandası ilə yükləyərək əlavələri işə salır və ya müəyyən məsafəli qovşağa qoşulur. Rabitə protokolu “RC4” alqoritmindən istifadə etməklə şifrlənir.
Yeni troyan “Linux üçün Dr.Web antivirusu”nun məlumat bazasına daxil edilib.
Mütəxəssislərin sözlərinə görə, yeni “Linux” virusunun aşkarlanması kompüter virus yaradıcıları tərəfindən “Linux” əməliyyat sistemləri ailəsinə maraqlarının azalmamasını əyani sübut edir.
Nizam Nuriyev