Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peşəkar təlim üçün virtual reallıq texnologiyaları bazarının həcmi ildə 140% artacaq


Müəssisələr təlim mühiti şəraitini təmin edən, təhlükəli vəziyyətləri dəqiq imitasiya etməyə, bahalı avadanlıq olmadan keçinməyə imkan verən virtual reallıq sistemlərindən daha aktiv istifadə edirlər.

“ABI Research” şirkətinin analitiklərinin proqnozuna görə, 2018-ci ildə peşəkar təlim üçün virtual reallıq texnologiyaları bazarının həcmi 216 milyon dollar təşkil edəcək, 2022-ci ildə isə bu bazarda dövriyyənin həcmi 6,3 milyard dollaradək artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, heyətin peşəkar təlimi üçün virtual reallıq proqramlarının mənimsənməsi istiqamətində energetika, sənaye və tikinti kimi təhlükəli iş şəraitinə malik sahələr pioner olublar. Məsələn, energetika sahəsində texniki mütəxəssislər dəniz tipli qazma qurğuları və enerji paylama sistemlərində əməliyyatlar yerinə yetirməli olurlar ki, bu da risklidir.

Virtual reallıq texnologiyaları stajçıları daha təhlükəsiz məşq etməyə, heç bir risk olmadan zədələnməyə və ya təsadüfən avadanlığa zərər vurmağa imkan verir, həmçinin şirkətlər vaxtına və puluna qənaət edirlər. Bundan başqa, artıq aviasiya və dəniz gəmiçiliyi sahələri üçün mütəxəssislərin hazırlanması məqsədilə virtual reallıq proqramları kifayət qədər geniş yayılıb.

Emil Hüseynov





23/11/17    Çap et