Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “LTE” şəbəkəsi məlumatları 1 Qbit/saniyə sürətində ötürəcək


Səkkizinci illik “Global Mobile Broadband Forum” konfransında Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı vahid sadələşdirilmiş “LTE” şəbəkə konsepsiyasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “MBB2020” adlanan konseptual layihə 2020-ci ilədək 1 Qbit/saniyə sürətində işləyən “ağıllı” şəbəkə xidmətlərinin tam çeşidinin yaradılmasını nəzərdə tutur.
 
Bildirilir ki, “LTE” standartı əsasında tam xidmət dəstli vahid sadələşdirilmiş infrastrukturun qurulması şəbəkənin potensialını maksimum artıraraq istifadəçilər üçün daha keyfiyyətli informasiya xidmətlərindən istifadəyə imkan verəcək, eləcə də rabitə operatorlarına və onların tərəfdaşlarına uzunmüddətli perspektivdə kommersiya uğuru qazanmağa kömək edəcək.  
 
Bu ilin oktyabrın sonuna olan vəziyyətə görə, “LTE” şəbəkələri 300-dən çox ölkənin ərazisində qurulmaqla Yer kürəsi əhalisinin 30 faizini əhatə edib. Üç ildən sonra dünya əhalisinin üçdə iki hissəsinin “LTE” xidməti istifadəçisi olacağı gözlənilir.

Nizam Nuriyev 





23/11/17    Çap et