Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maradonanı əsəbiləşdirən onlayn oyun


Əfsanəvi Argentina futbolçusu Dieqo Maradona “Sina” portalı və kompyuter oyunlarının Çin istehsalçısı “The9 Limited” şirkətindən məhkəmə vasitəsilə 3 milyon dollar almaq istəyir. Keçmiş idmançı cavabdehləri “Winning Goal” onlayn-oyununda onun surət və adının qanunsuz istifadəsində ittiham edir. “The9 Limited” və “Sina” nümayəndələri Dieqo Maradonanın iddialarını şərh etməkdən imtina ediblər.
İyun ayının əvvəlində hər iki şirkət "Al-Vasl" Dubay klubunun indiki məşqçisindən üzr istəyib. Onlar Çin futbol agenti tərəfindən aldadıldıqlarını iddia ediblər, Belə ki, qarşı tərəf 250 min dollara Maradonanın oyunda onun surətindən istifadəyə icazəni imzaladığını bildirib.
Futbolçu üzrləri qəbul etməyib və öz hüquqlarını məhkəmədə müdafiə edəcəyini bildirib.




16/06/11    Çap et