Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” süni intellekt tədqiqatlar mərkəzi açacaq


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti süni intellektlə əlaqədar texnologiyaların hazırlanacağı tədqiqat mərkəzi açmaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət rəhbərliyi əmindir ki, süni intellektə aid alqoritmlər dördüncü sənaye inqilabının uğurunun təminatçısıdır.
 
Şirkət rəsmilərinin sözlərinə görə, süni intellekt texnologiyaları zamanla ayaqlaşmaq və texnoloji bazarın lideri kimi qalmaq üçün böyük əhəmiyyətə malikdir. Süni intellekt böyük perspektivlər vəd edir.
 
Süni intellektin tədqiqi üzrə mərkəzin konkret olaraq harada yaradılacağı barədə məlumat verilmir.
 
Məlumata görə, “Samsung” süni intellekt tədqiqatlarını aktivləşdirməklə yanaşı, şirkətin biznes strukturunda dəyişiklik etməyi planlaşdırır. Belə ki, top menecment sistemində istehsalçıya bazarın nəbzini daha operativ tutmağa imkan verəcək islahatların aparılacağı gözlənilir. Müvafiq dəyişikliklərin “Samsung” şirkətini bir sıra sahələrdə liderliyini itirməkdən qoruyacağı bildirilir.

Nizam Nuriyev 





23/11/17    Çap et