Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “Skype”-ı aldı


Bu gün “Microsoft” korporasiyası “Skype” şirkətini alması prosesini başa çatdırıb. Bundan sonra bu şirkət Toni Beytsin rəhbərliyi ilə “Microsoft”un ayrı bölməsi kimi fəaliyyət göstərəcək.

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası da daxil olmaqla dünya tənzimləyiciləri “Microsoft”un “Skype”-ı almasına razılıq veriblər.

“Microsoft” korporasiyası ilə “Skype”-ın birləşməsini şərh edən Stiv Ballmer bildirib ki, hər iki şirkət əlaqə xidmətini daha çox insana təklif etmək üçün səylərini birləşdirib.

Toni Beytsin sözlərinə əsasən, əsas məqsəd hər gün “Skype” xidmətindən 1 milyard insanın istifadə edəcəyinə nail olmaqdır. Bunun üçün “Skype”-ı “Microsoft”un bir çox məhsullarına (Xbox 360, Kinect, Windows Phone, Outlook, Xbox Live, Hotmail və s.) inteqrasiya edəcəklər.




14/10/11    Çap et