Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yosunlar əsasında hazırlanmış nanorobotlar xəstəliyə diaqnoz qoyacaq


Beynəlxalq alimlər komandası tibb sahəsində əsl inqilab edəcək yeni nəsil məsafədən idarə olunan nanorobotlar yaradıb. Bu robotlar xəstəliklərə diaqnoz qoymaq, xərçəng  hüceyrələrinə hücum etmək və orqanizmdən narkotikləri çıxartmaq qabiliyyətinə malikdir.

Çin universitetinin professoru Li Çjan və Mançester universitetinin professoru Kostas Kostarelosun rəhbərliyi altında işləyən alimlər komandası daha çox spirulina kimi tanınan “Arthrospira platensis” adlı yosunlardan nanorobot yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, nanorobotların bioloji parçalanması onların tibdə istifadəsi üçün ciddi problemdir. Alimlər yeni qurğularda parçalanmanın sürətini dəqiq tənzimləməyə imkan verən dəmir oksiddən hazırlanmış maqnit örtüyündən istifadə ediblər.

"Biz laboratoriyada nanorobotlar üçün materialları süni sintezləşdirmək əvəzinə, artıq təbiətdə mövcud olan müvafiq kimyəvi tərkibli materiallardan istifadəyə dair qərar verdik –  professor Li Çjan deyib.

Alimlərin sözlərinə görə, nanorobotları xərçəng hüceyrələrinə hücum etmək qabiliyyətinə malik dərmanların çatdırılmasında, həmçinin xəstəliklərə diaqnoz qoyulmasında istifadə etmək mümkün olacaq.

Alimlər bir neçə dəqiqə ərzində xərçəng hüceyrələrini məhv edə bilən kiçikölçülü, asan aktivləşdirilə bilən nanorobotlar hazırlayıblar. Robotların ölçüsü o qədər kiçikdir ki, 50 min belə qurğunun eni insan saçının qalınlığından azdır.

Emil Hüseynov





24/11/17    Çap et