“Firefox” brauzeri istifadəçiləri məlumat itkisindən qoruyacaq
“Firefox” brauzerinin tərtibatçıları kvant texnologiyalı yenilənmə ilə məhsuldarlığı artırdıqdan sonra təhlükəsizliklə bağlı məsələlərlə məşğul olmağa başlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, internetdə tez-tez müəyyən sayt və ya servisdə istifadəçi məlumatlarının sızmasının baş verməsi barədə xəbərlərə rast gəlmək mümkündür. Lakin hər resurs üzrə informasiyanı izləmək qeyri-mümkündür. İstifadəçi hətta onun ən sevimli portalının təhlükəsiz olmamasından, ondan istifadənin isə fərdi məlumat itkisi ilə nəticələnəcəyindən şübhələnməyə bilər. “Mozilla” şirkəti isə bu problemlə mübarizənin üsulunu aşkarlayıb.
Bildirilir ki, informasiya sızmasının baş verdiyi sayta daxil olan zaman “Firefox” istifadəçiləri, məsələn, resursa hakerlər tərəfindən müdaxilə olmasını bildirən müvafiq bildirişlər görəcəklər. Belə resurslar barədə informasiyanı “Mozilla” şirkəti populyar “Have I Been Pwned” servisindən götürəcək.
Şirkət funksiya ilə yenicə məşğul olmağa başladığına görə hazırda ondan brauzerdə yararlanmaq mümkün deyil. Lakin tərtibatçılar tərəfindən “GitHub” servisində kodun çap edilməsi sayəsində bütün istifadəçilər onu kompilyasiya edərək “Firefox” brauzerinə köçürə bilər. Hazırda bunu yalnız “Firefox” brauzerinin tərtibatçılar üçün nəzərdə tutulan versiyasında etmək olar.
Nizam Nuriyev