“Samsung” 12 dəqiqə ərzində akkumulyatoru enerji ilə dolduran qrafen kürəciklər yaradıb
Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən qrafendən istifadə nəticəsində hazırlanmış akkumulyator 12 dəqiqə ərzində smartfonu enerji ilə doldurmağa imkan verir. Bu haqda “Financial Times” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
lenta.ru” saytına istinadən yazır ki, şirkətdən məlumat verilib ki, akkumulyatorun şarjını 5 dəfə sürətləndirən qrafen kürəcikləri uğurla sintez edilib. Bunun üçün adi litium-ion batareyaları üçün orta hesabla təxminən 1 saat vaxt lazımdır.
Nəşr yazır ki, 2004-cü ildən qrafen litium-ion batareyaları üçün alternativ qismində nəzərdən keçirilir. Qrafendən hazırlanmış kürəciklər, həmçinin elektrik avtomobillərində tətbiq edilə bilər.
Qrafen qrafitdən əldə olunan karbon elementidir. O, elektrik enerjisini silisiumdan daha sürətli keçirir. Hesab edilir ki, qrafen gələcəkdə mikro və nanoelektronika sahələrində istifadə edilən əsas material olacaq.
Emil Hüseynov