Kvant şifrləmə zamanı məlumatların ötürülməsi sürəti 5-10 dəfə artırılıb
Dyuk Universiteti, Ohaya Universiteti və ABŞ-ın Ok-Ric şəhərində yerləşən Milli Laboratoriyanın kvant təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən hazırlanmış yeni sistem şifrləmə kodlarını başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə daha sürətli yaradır və paylaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
hightech.fm” saytına istinadən yazır ki, "yaxın gələcəkdə əlçatan olacaq funksional kvant kompüteri mövcud kriptoqrafik şifrlərə müdaxilə edə biləcək – Ohayo Universitetinin professoru Daniyel Qotye hesab edir. Biz interneti kənar müdaxilələrdən qoruyan texnologiyalar haqda ciddi düşünməliyik".
Açarların kvant paylanması üzrə əksər sistemlərin problemi aşağı sürətdə (saniyədə 100 KB-dək) işləməklə bağlıdır və bu, əksər praktik məsələlərin həlli üçün çox zəif sürətdir. Buna görə alimlər bir fotonda daha çox informasiya yerləşdirməklə kvant məlumatlarının ötürülməsi sürətini artırmağa təşəbbüs ediblər.
Emil Hüseynov