Mühazirə zamanı noutbukdan istifadə tələbələrin biliklərə yiyələnməsinə mane olur
Ekspertlər noutbuk və planşetlərin tələbələrin bilik almasına mane olmasını sübut ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, Prinston və Kaliforniya universitetlərinin alimləri cihazlardan istifadənin tələbələrin biliklərə yiyələnməsinə təsirini araşdırıblar. Məlum olub ki, adi qələm və dəftər dərs zamanı daha faydalıdır.
Alimlər ali məktəblərdən birinin tələbələrini iki qrupa ayırıblar. Qruplardan birinə dərs zamanı noutbuk və ya planşet, digər qrupa isə dəftər və yazı ləvazimatlarından istifadəyə icazə verilib. Məlum olub ki, mühazirəni dəftərə qeyd edən tələbələr noutbuk və planşetlərdən istifadə edən tələbələrlə müqayisədə materialı yaxşı mənimsəyib və daha yüksək qiymət alıblar.
Alimlər bunu əksər tələbələrin kompüterdə mühazirə mətnini sürətlə yığa bilməmək bacarığı ilə izah ediblər. Tələbələr mühazirəçinin danışığını kompüterdə qeyd etməyə macal tapmır, tez-tez dayanır və təkrarlamağı xahiş edirlər.
Emil Hüseynov