Gələcəkdə populyar olacaq beş texnologiya açıqlanıb
Ekspertlər bazarın müasir texnologiyalara tələbatını təhlil edərək süni intellekt, neyrointerfeys və kiberidman jiletlərinin yaxın gələcəkdə populyarlıq qazanacağı qənaətinə gəliblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
VistaNews” resursuna istinadən yazır ki, analitiklər diqqəti müasir texnologiyalara yüksək tələbat sayəsində bazarda belə məhsulların qiymətinin tədricən azalacağına yetiriblər. Bununla yanaşı, rəqib şirkətlərinin sayının artacağı gözlənilir. Bu tendensiya sayəsində “Google”, “Sony” və “Xiaomi” şirkətlərinin “ağıllı” eynəkləri xüsusilə populyar olacaq. İlkin məlumatlara görə, bu, 2020-ci ildə baş verəcək. Bundan əlavə, 2020-ci ildə qohum və dostlarla jestlər vasitəsilə əlaqə qurmaq mümkün olacaq.
Mütəxəssislər əmindir ki, kiberjiletlərdən 2030-cu ilədək Yer kürəsi əhalisinin yarısı istifadə edə biləcək. Kiberjilet vasitəsilə insanlar saatda 80 km. sürətlə istənilən maneələri dəf edə biləcək.
Məlumata görə, hazırda “ağıllı” geyim Çin bazarında geniş yayılıb. Köynək qolunda smartfon kitabçasından nömrənin yığılması “ağıllı” texnikaya zəng etməyə imkan verir.
Bundan başqa, “ağıllı” ev getdikcə populyarlaşır. Bu, smartfon düyməsini basmaqla işığı yandırmağa, yemək hazırlamağa imkan verən sistemdir. Analitiklərin ilkin qiymətləndirməsinə görə, 2030-cu ilədək “ağıllı” evlərin sayı min dəfə artacaq.
Nizam Nuriyev