Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş markalar seriyasını təqdim edilib.
Silsiləyə 4 markadan ibarət kiçik vərəq və 2 poçt bloku daxildir. Kiçik vərəqənin markalarında Azərbaycanın dövlət himni, dövlət bayrağı, dövlət himninin mətni, notları və xəritə təsvir olub. Markaların nominal dəyəri 1 manatdır.
Poçt bloklarının birində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəkli əks olunub. İkinci poçt blokunda isə Azərbaycanın dövlət bayrağı və xəritəsi çap edilib. Hər iki blokun nominal dəyəri 2 manat təşkil edir.
Bütün seriyanın bədii tərtibatında əlamətdar 1991-ci il 18 oktyabr - müstəqilliyin bərpası günü və bu tarixin 20 illik yubileyinə həsr edilən xüsusi loqotip yer alıb. Belarusda çap edilən markaların hər biri 5 min tirajla buraxılıb.
15/10/11 Çap et