Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Maps” proqramı “iPhone X” üçün optimallaşdırılıb


“Google Maps” proqramı 4.41 versiyasınadək yenilənib və indi “iPhone X” smartfonunun təsvir ölçüsünü dəstəkləyir.

“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, “iPhone X” qurğusunun təqdim edilməsindən bir ay sonra “Google Maps” proqramı üçün “Super Retina HD” təsvir ölçüsünü dəstəkləyən yeniləmə çıxarılıb. “Google”un proqramçıları öz səhvlərini düzəldiblər və proqramın işini təkmilləşdiriblər.

“Apple Maps”, "Yandeks. Xəritə"dən fərqli olaraq, “Google”un proqramı xəritəni göstərmək üçün bütün ekrandan istifadə edir. Hətta vəziyyət sətrindəki ikonkaların altında informasiya göstərilir.

Emil Hüseynov





01/12/17    Çap et