Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada “5G” şəbəkəsinin ilk satış öncəsi sınağı keçirilib


Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsinin (5G) dünyada ilk satış öncəsi sınağını keçirib. Cənubi Koreyanın “LG U+” mobil operatoru bu layihədə şirkətin partnyoru qismində çıxış edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Cənubi Koreyanın paytaxtı Seulda yoxlanılmış şəbəkə 3,5 QHs və 28 QHs diapazonlarında işləyən baza stansiyalarından ibarətdir. Sınaqlar zamanı məlumatların maksimum ötürmə sürəti 20 Qbit/s təşkil edib.

“5G” texnologiyasına əsaslanan “IPTV 4K” xidməti “5G”-avtobusda sınaqdan keçirilib. Bundan başqa, 20 Mbit/s-dən 100 Mbit/s-dək diapazonda məlumatların ötürülməsinin sürətini tələb edən virtual reallıq dronu nümayiş etdirilib.

Dünyada “5G” şəbəkəsinin ilk genişmiqyaslı birgə satış öncəsi sınağı “5G” texnologiyasının inkişafında böyük irəliləyiş olduğunu göstərir.

Emil Hüseynov





02/12/17    Çap et