2017-ci ildə 90 milyondan çox yeni virus qeydə alınacaq
2017-ci ilin yekununa görə, dünyada 90 milyondan çox yeni, daha kompleks zərərverici proqram qeydə alınacaq. Bu haqda dördüncü Ümumdünya İnternet Konfransında çıxış etmiş "Kasperski Laboratoriyası" şirkətinin direktoru Yevgeni Kasperski xəbərdarlıq edib.
"Mən bu biznesdə 25 ildən çox işləyirəm və kiberməkan sahəsində qlobal vəziyyətin dinamik dəyişilməsinə şahidəm. Şəbəkə təhlükəsizliyinin qorunub saxlanılması genişmiqyaslı problemdir. Məsələn, 20 il bundan əvvəl, yəni 1997-ci ildə öz şirkətimi təsis edərkən yalnız 500 zərərverici proqram aşkar etmişdik, 10 il sonra – 2007-ci ildə kolleksiyamızda artıq 2 milyondan çox kompüter virusu nümunəsi var idi. 2017-ci ildə 90 milyon yeni virus nümunəsinin peyda olacağını gözləyirik" – Kasperski deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, Kasperski qeyd edib ki, dünyada ümumilikdə 500 milyon unikal virus faylı mövcuddur. Bu, böyük rəqəmdir. Biz hər gün 300 mindən çox yeni virus qeydə alırıq. Təəssüf ki, kibercinayətkarlıq kütləvi, qlobal beynəlxalq xarakter daşıyır.
"Kasperski Laboratoriyası"nın direktorunun sözlərinə görə, zərərverici proqramların əksəriyyətini "sadə viruslar" kateqoriyasına aid etmək olar, onları məhv etmək asandır, amma ümumilikdə viruslar daha kompleks xarakter alır.
Emil Hüseynov