Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” istifadəçilərinin sayı 200 milyonu ötüb


“Google” şirkətinin baş direktoru Larri Peyc “Chrome” səyyahı istifadəçilərinin sayı ilə bağlı statistikanı elan edib.

2010-cu ilin dekabr ayında təxminən 120 milyon istifadəçi “Google” şirkətinin veb-səyyahına üstünlük verib. 2011-ci ilin may ayında bu göstərici 160 milyona qədər artıb. Cənab Peycin sözlərinə görə, hal-hazırda “Chrome” səyyahı ilə 200 milyondan çox istifadəçi işləyir.

“Net Applications” analitik şirkətinin hesablamalarına əsasən, sentyabr ayında “Chrome” səyyahı bazarın 16,2%-ni tutub. 1 il ərzində veb-səyyah bazar payını 2 dəfə artırıb. Analitiklər “Chrome” səyyahının 2012-ci ildə bazarın 20%-ni tuta biləcəyini proqnozlaşdırırlar.

“Chrome” səyyahı yalnız “İnternet Explorer” və “Firefox” səyyahlarından geri qalır. Onların payı müvafiq olaraq 54,4 və 22,5%-ə bərabərdir.




15/10/11    Çap et