Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Salyan şəhərində dekabrın 15-i vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi içra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı 15.12.2017-ci il tarixinə dəyişdirilib. Həmin tarixdə saat 12:30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Salyan rayonunda 02125 50655
Neftçala rayonunda 02126 33628
Biləsuvar rayonunda 02529 51565
Cəlilabad rayonunda 02524 52248
Cəbrayıl rayonu üzrə 02638 43899
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
05/12/17 Çap et