Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 9” smartfonu nə vaxt nümayiş olunacaq?


Finlandiyanın mobil qurğular üçün "Nokia" brendinin sahibi "HMD Global" şirkəti qabaqcıl "Nokia 9" smartfonunun nümayişini yanvarın 19-na planlaşdırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bundan başqa, təqdimatda ikinci nəsil "Nokia 8" smartfonunun nümayişi gözlənilir. Hər iki qurğu Çin bazarı üçün adaptasiya ediləcək: məsələn, smartfonlar "Google" onlayn servis və əlavələrinin yerli analoqlarla əvəzlənəcəyi xüsusi "Android" versiyası ilə təchiz ediləcək.  
 
Məlumata görə, "Nokia 9" smartfonu tərəflərinin nisbəti 18:9 təşkil edən 5,5 düym diaqonallı "QHD" ekran, "Qualcomm MSM8998 Snapdragon 835" prosessor (Samsung Galaxy S8, Note 8 və HTC U11 smartfonlarında quraşdırılan və prosessorlar bazarında ən güclülərdən biri), qoşa kamera və "IP67" sertifikasiyası (tozdan və suyun 1 metr dərinliyində sudan tam qorunma) ilə təchiz ediləcək. "Nokia 9" və ikinci nəsil "Nokia 8" smartfonlarında qulaqcıqların qoşulması üçün 3,5 millimetrlik çıxışın quraşdırılması nəzərdə tutulmur.
 
6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik "Nokia 9" smartfonunun qiymətinin 3699 yuan (təxminən 560 dollar) təşkil edəcəyi gözlənilir. Qurğunun 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən versiyasının qiyməti 4199 yuana (635 dollar) bərabər olacaq. 2018-ci il buraxılışlı "Nokia 8" smartfonunun qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev 





05/12/17    Çap et