Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil bazarda“Google”-un gəliri 150% artıb


“Google” şirkətinin icraçı direktoru Larri Peyc “Google”-un üçüncü rüb üzrə maliyyə hesabatının nəşrinə həsr edilmiş səhmdarlarla telefon konfransı gedişində internet- nəhəngin sosial və mobil sferalarda vəziyyəti haqqında bir sıra yeni məlumatlar verib.

Belə ki, Peyc bildirib ki, bu il mobil bazarda şirkətin gəlirləri artıq 2,5 milyard dollar olub. Bu göstərici keçənilki nəticəni (1 milyard dollar) 150% ötür. Şirkət mobil bazarda gəlirin əsas hissəsini axtarış reklamının hesabına əldə edir.




15/10/11    Çap et