“Qualcomm Snapdragon 845” prosessoru nümayiş olunub
“Qualcomm” şirkəti “Snapdragon Technology Summit” konfransında yeni qabaqcıl prosessor nümayiş etdirib. Dekabrın 5-də qısa təqdimat keçirilərək prosessorun “Snapdragon 845” adlanacağı təsdiqlənib. İstehsalçı yeni çip barədə ətraflı məlumatı bu gün təqdim etməyi planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, “Snapdragon 845” prosessoru 2018-ci ildə buraxılacaq qabaqcıl smartfonların, eləcə də “Windows 10” sistemli noutbukların əsasını təşkil edəcək. 10 nanometrlik istehsal texnologiyasına əsaslanan çip 1 giqabitlik “X20” LTE” modemi ilə təchiz edilib.
Artıq “Samsung Electronics” və “Xiaomi” şirkətləri “Qualcomm Snapdragon 845” prosessoru ilə işləyən qurğuların buraxılışını təsdiq ediblər.
Nizam Nuriyev