2018-ci ildə mobil proqramlara ildə 110 milyarddan çox dollar xərclənəcək
“App Annie” şirkətinin yeni hesabatına əsasən, 2018-ci ildə istifadəçilər mobil proqramlara 110 milyard ABŞ dolları xərcləyəcəklər.
Şirkətin analitikləri bildiriblər ki, 2018-ci ildə mobil proqramlara xərclər ötən illə müqayisədə 30% artacaq. İstifadəçilər əvvəlki kimi oyunlara çox pul xərcləyəcək. Ancaq “App Annie” şirkətindən bildiriblər ki, oyunlar əvvəlki kimi ən gəlirli kateqoriya olsa da, ancaq abunə təklif edən mobil proqramlar oyun kateqoriyasına ciddi rəqibdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
macdigger.ru” saytına istinadən yazır ki, Çin, Hindistan və Braziliya sakinləri 2018-ci ildə mobil proqramlara daha çox pul xərcləyəcəklər.
Hesabatda artırılmış reallıq proqramları xüsusi vurğulanıb. Analitiklər 2017-ci ilin göstəricilərinə əsaslanaraq 2018-ci ildə bu tip proqramların inkişafını proqnozlaşdırırlar.
2017-ci ildə striminq videoservislər xeyli populyarlaşıb və 2018-ci ildə bu, həmçinin gözlənilir. 2016-cı illə müqayisədə 2017-ci ildə “iOS” istifadəçiləri arasında müxtəlif videoservislərə xərclər 85%, “Android” qurğu sahibləri arasında 75% artıb.
Emil Hüseynov