Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəsədxana əməkdaşları üçün müasir rabitə


Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı sərəncamla tamamilə yenidən qurulan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında çalışan elmi işçilər və onların ailə üzvlərinin rabitə xidmətləri ilə təmin olunması istiqamətində aparılan işlər yekunlaşıb.

Bu barədə məlumat verən Şamaxı TKQ-nın rəisi Faiq Hümbətov bildirdi ki, Pirqulu qəsəbəsində tikilmiş NGN texnologiyalı EATS-dən ərazinin telefon, internet, İP TV və s. xidmətlərlə təmin edilməsi üçün optik kabel xətti çəkilib.”Rəsədxanada çalışan əməkdaşlar üçün inşa edilən iki beşmərtəbəli yaşayış binaları və 10 ədəd kotteclər kabelləşdirilib. Artıq xətlər mənzillərə qədər çəkilib”.

F.Hümbətov əlavə etdi ki, rəsədxananın özü də optik kabellə, telefon və sürətli internet xidməti ilə təmin edilib. Qeyd edək ki, Şamaxı rabitəsi “Elektron Azərbaycan” layihəsinin tərkib hissəsi olaraq NGN texnologiyası əsasında qurulub.




15/10/11    Çap et