Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
AzNET seqmentində real fişinq-insidentlərin sayı sentyabrın yekunlarına görə 3,25 faiz azalıb. Bu barədə "Netcraft" analitik şirkətinin hesabatında deyilir.
"Netcraft"ın hesabatına əsasən, Azərbaycanda hər 537 saytın (.az domenində) payına fırıldaqçılar üçün bir səmərəli fişinq-hücum düşür. Bu, bu və ya digər halda pul və ya istifadəçinin şəxsi məlumatlarını əldə etmək məqsədilə edilir.
Təhlil "MozillaFirefox" və "InternetExplorer" brauzerləri üçün modul olan "NetcraftToolbar" proqramının əsasında hazırlanıb. Proqram istifadəçini potensial təhlükəli internet-resurslar, eləcə də fişinq-hücumların qarşısının alınması barədə xəbərdar edir. "Netcraft"ın məlumatına görə, Azərbaycanda "NetcraftToolbar" hazırda 4302 fərdi kompüterdə quraşdırılıb.
Fişinq-hücum populyar brendlərin adından kütləvi elektron poçt göndərişləri ilə həyata keçirilir. Məktubda zahirən həqiqidən fərqlənməyən bu brendin yalançı saytına bilavasitə istinad edilir.
Belə sayta düşən zaman istifadəçi fırıldaqçılara akkaunt və bank hesablarına daxil olmağa imkan verən qiymətli informasiyanı verə bilər.
17/10/11 Çap et