Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Mail.Ru portalının istifadəçilərinin sayına görə yeddinci yeri tutur
Azərbaycan Mail.Ru portalının istifadəçilərinin sayına görə yeddinci yeri tutur. Şirkətin statistik açıqlamalarına görə, oktyabrın 3-dən 9-dək Azərbaycanda Mail.Ru portalından 746 min nəfər istifadə edib.
Azərbaycan bu göstərici üzrə də Moldovanı (729 min istifadəçi), Özbəkistanı (606 min), Ermənistanı (448 min), Gürcüstanı (436 min), Qırğızıstanı (374 min), Estoniyanı (267 min), Latviyanı (234 min), Litvanı (171 min), Tacikistanı (114 min) və Türkmənistanı (53 min) qabaqlayır.
Azərbaycan son həftənin yekunları üzrə "Xəbərlər" layihəsindən istifadə edənlərin sayına görə 70 min daxilolma ilə doqquzuncu yeri tutub və Rusiya (76,059 milyon), Ukrayna (1,065 min), Qazaxıstan (657 min), Belarus (474 min), ABŞ (154 min), Almaniya (138 min), Moldova (111 min) və Polşadan (83 min) geri qalıb. Azərbaycan mail.ru poçt akauntundan istifadə edənlərin sayına görə 586 istifadəçi ilə altıncı yeri tutub.
17/10/11 Çap et