Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər istənilən barmağı tərpətməyə imkan verən əl protezi yaradıblar
Corciya Texnologiya İnstitutundan olan alimlər qrupu tərəfindən hazırlanmış əl protezi amputasiya edilmiş ələ malik insanlara bundan əvvəl qeyri-mümkün olan hərəkətləri etməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, hazırda bazarda əlçatan olan protezlərin əksəriyyəti sahibinin amputasiya edilmiş əl əzələlərində elektrik impulslarını qeydə alan sensorlarla təchiz edilib. Amma tədqiqat qrupunun rəhbəri professor Cil Vaynberqin sözlərinə görə, bu metod nisbətən aşağı dəqiqliyə malikdir və protezin hansı barmağı tərpətməyi lazım olduğunu müəyyənləşdirməyə imkan vermir. Alimlər bu problemi həll etmək üçün yeni protezi ultrasəs sensoru ilə təchiz ediblər. Ultrasəs sensoru əldə məhz hansı əzələlərin yığıldığını göstərir.
Xüsusi alqoritmlər bu sensorun məlumatlarını dəqiq interpretasiya etməyə imkan verir və nəticədə protez sahibinin tərpətmək istədiyi barmaqlar hərəkət edir.
Süni əl prototipi üzrə sınaqlar uğurlu keçib. 2012-ci ildə güclü elektrik cərəyanı vurmasından sonra sağ qolun bazu nahiyəsini itirmiş musiqiçi Ceyson Barns zədə aldıqdan sonra ilk dəfə pianoda ifa edib.