Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial oyunlar istehsalçısı böyük məbləğdə investisiya alıb


Çinin sosial oyunlar istehsalçısı “Happy Elements” şirkəti 30 milyon dollar dəyərində investisiya aldığını elan edib. Çinin “Happy Elements” şirkəti Asiyada sosial şəbəkələr üçün ən böyük oyun istehsalçılarından biridir.

Şirkət Yaponiya, Çin və Cənubi Koreya auditoriyası üçün məşhur layihələrə malikdir. “Happy Elements”in “Facebook” sosial şəbəkəsi üçün ən məşhur layihələrindən biri “My Fishbowl” oyunudur. Oyunun auditoriyası 1,5 milyon aktiv istifadəçini ötüb.

“Facebook”dan başqa, şirkət “Tencent”, “Renren”, “Kaixin”, “Mixi”, “Hangames”, “Cyworld”, “Daum”, “Netlog”, “Hyves”, “StudiVZ” və “Orkut” kimi sosial şəbəkələr üçün oyun istehsal edir.




17/10/11    Çap et