Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb


“Microsoft” cari ildə öz proqram məhsulları üçün böyüklüyünə görə ikinci “patch” dəstini buraxıb. Məlumat üçün bildirək ki, “patch” proqram təminatında problemlərin aradan qaldırılması və ya onun funksiyalarının dəyişikliyi üçün istifadə edilən avtomatlaşdırılmış proqram vasitəsi mənasını verir.
Bu dəfə toplam olaraq 34 boşluq aradan qaldırılıb. Bu boşluqlar barədə əvvəllər korporasiya 16 təhlükəsizlik bülleteni dərc edib. Boşluqların təxminən yarısı kritik təhlükə kimi tanınıb, yəni onlar uzaqlaşdırılmış kompyuterə tam girişi əldə etməyə və onda ixtiyari kodu icra etməyə icazə verirlər.
Boşluqlar “Windows”un müxtəlif versiyalarında, həmçinin “Windows 7”-də, ofis proqramlarında, SQL Server verilənlər baza idarəetmə sistemində, Forefront paketində, virtualizasiya vasitələrində tapılıb.
“Patch” dəstini “Windows Update”, “Microsoft Update”, “Windows”a əlavə edilən avtomatik yeniləmə vasitəsi, həmçinin korporasiyanın veb-saytı vasitəsilə yükləmək olar.
“Microsoft”, həmçinin ən çox yayılmış zərərverici proqramların aradan qaldırılması üçün “Windows Malicious Software Removal Tool” utilitini də təklif edir.




16/06/11    Çap et