Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” qurğuların enerji ilə dodurulması üçün “ağıllı” sviteri patentləşdirib


Cənubi Koreyanın "Samsung" şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək "ağıllı" sviter modeli üçün patent hüququ alıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, şirkətin planlarına görə, cemper enerjini əl hərəkətlərindən hasil edəcək. Qollarda və geyimin ön hissəsində xüsusi ötürücülərin quraşdırılması nəzərdə tutulur.
 
Akkumulyator kürəyin arxa hissəsində yerləşəcək. Hazırda onun həcmi barədə məlumat verilməsə də, patent müraciətinə görə, mütəxəssislər tərəfindən zəif gücə malik batareyadan istifadə planlaşdırılır.
 
Yeni texnologiyanın yanvarda Las-Veqasda keçiriləcək "CES-2018" sərgisində nümayişi gözlənilir.
 
Nizam Nuriyev 





13/12/17    Çap et