Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti məşhur xidmətlərini bağlayır
“Google” şirkəti bir sıra kifayət qədər məşhur xidmətlərinin bağlanması planları haqqında məlumat yayıb.
“Biz həqiqətən insanların həyatlarını dəyişdirən məhsullar yaratmaq istəyirik. Buna nail olmaq üçün isə düşünə bilmək lazımdır.
Buna görə biz bu yaxınlarda bəzi məhsullarımızı bağlamağa qərar verdik" – “Google”-un məhsullar üzrə vitse-prezidenti Bredli Xorovis şirkətin bloqunda yazıb.
Bir neçə həftə sonra internet-nəhəng “Google Buzz” xidmətini bağlayacaq. Bu xidmət keçən ilin fevral ayında istifadəyə verilib. “Google Buzz” ilə bərabər, bu xidmətin APİ-si də bağlanacaq. Xorovis bildirib ki, şirkət onun əvəzinə yeni “Google+” sosial şəbəkəsinə diqqət ayırmaq niyyətindədir.
Bağlandıqdan sonra istifadəçilər artıq bu xidmətdə yeni məzmun yarada bilməyəcəklər, lakin “Google”-da öz profili vasitəsilə artıq mövcud olan məzmuna baxmaq imkanına malik olacaqlar.
2012-ci il yanvar ayının 15-də “Jaiku” xidməti də bağlanacaq. Şirkət bu xidməti 2007-ci ildə alıb. “Jaiky” istifadəçilərə “Twitter”dəki kimi mikrobloqlar üçün sosial şəbəkə və platforma təklif edir.
Həmçinin, “iGoogle” xidməti çərçivəsində bir neçə il əvvəl istifadəyə verilmiş sosial imkanları bağlamaq planlaşdırılır. Onların əvəzinə şirkət istifadəçilərə yeni “Google+” sosial şəbəkəsinin xidmətlərini tətbiq etməyi təklif edir.
“iGoogle” xidmətinin sosial imkanları, həmçinin yanvar ayının 15-dən bağlanacaq. “Code Search” xidmətinin də bağlanması planlaşdırılır.
17/10/11 Çap et