Britaniyada ilk dəfə robot jurnalistin materialları dərc edilib
Böyük Britaniyada insanın robotla birgə müəllifliklə yazdığı ilk materialların dərcinə başlanılıb. Tərəfdaşlıq ideyası “Urbs” korporasiyası və “Press Association” informasiya agentliyinə məxsusdur.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, “The Reporters and Data Robots” (RADAR) proqram təminatı hazırda müstəqil mükəmməl mətnlər yaza bilməsə də, sonradan məqalələrdə dərc edilən statistik məlumatların hazırlanması ilə məşğul olur. Belə ki, yeni texnologiyalar vasitəsilə artıq 35 jurnalist birgə müxtəlif tenatikalı materiallar (məsələn, tənha anaların hekayəsi, mürəkkəb tibbi əməliyyatlar) hazırlaya biliblər.
Jurnalist mətnlərinin yazılmasında yeni yanaşmanın təşəbbüskarları əmindir ki, kompüterlər faydalı alət olmaqla yazı yazmaqla məşğul olan insanlara diqqəti mətnin yaradıcılıq təşkil edən hissəsinə yönəltməyə, eləcə də yazma zamanı vaxta qənaət etməyə kömək edəcəklər. Lakin bir sıra Britaniya KİV nümayəndələri robotlarla birgə müəllifliyə keçidə skeptik yanaşırlar. Bəzi jurnalistlərin fikrincə, yaxın gələcəkdə robotlar jurnalistikanın bütün incəliklərinə asanlıqla yiyələnərək real insanları əvəzləyəcəklər. Bundan başqa, onların istirahət günlərinə və əməkhaqqıya ehtiyacı yoxdur.
Nizam Nuriyev