Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti öz brauzerlərində 19 boşluğu aradan qaldırıb


“Microsoft” şirkəti ümumilikdə 34 boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsi çıxarıb.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, bir çox hallarda problemlər brauzer mühərrikləri ilə bağlıdır və hakerlər boşluğa malik qurğularda məsafədən istənilən kodu yerinə yetirə bilərlər. Onlar hücumun uğurla nəticələnməsi üçün qurbanı zərərverici reklam elanları yayan xüsusi yaradılmış veb-sayta və ya resursa cəlb etməlidirlər.

Aradan qaldırılmış boşluqların siyahısı, həmçinin “Office”, “Exchange”də problemlər, “SharePoint”də imtiyazların yüksəlməsi və “Excel”də kodun məsafədən yerinə yetirilməsi kimi boşluqları özünə daxil edir.

“Microsoft” nümayəndələrinin sözlərinə görə, cari ayda aradan qaldırılmış boşluqlardan heç biri hakerlər tərəfindən tətbiq edilməyib.

Emil Hüseynov





14/12/17    Çap et