Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özünübərpa edən şüşə yaradılıb


Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən möhkəmlənə bilən şüşə yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Onlardan yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşə hissələrinin otaqda adi temperaturda birləşməsinə 2 dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək tələb olunur.

Alimlərin fikrincə, şüşənin özünübərpası bölünmüş polimer molekullarının əvvəlki vəziyyətə qayıtmaq istədiyi hidrogen birləşmələrinin effekti sayəsində baş verir.

Tokio Universitetinin professoru Yusuke Yanaqisavanın sözlərinə görə, belə xüsusiyyətlərə malik şüşələr ekologiya üçün daha zərərsizdir.

Nizam Nuriyev 





15/12/17    Çap et